BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var

İQTİSADİYYAT

19 Oktyabr 2019 13:47

Oxunma sayi: 550
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var

Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, bunu "BP Azerbaijan" şirkətinin hüquqi məsləhətçisinin köməkçisi Kerolayn Gilbert Bakıda Xəzər Texniki Konfransında deyib.

 

O bildirib ki, Azərbaycanda külək enerjisinin inkişafı üçün böyük potensial var, Abşeron yarımadasında küləyin sürəti saniyədə 8-9 metrə çatır.

 

Günəş enerjisinə gəldikdə isə nümayəndə bildirib ki, bu sahədə də ümidverici potensial var. Ölkədə bir sutka ərzində bir kvadrat metrə 4 kilovatt/saat günəş işığı düşür.

 

O bildirib ki, BP bu sahədə rəqəmsal platformalar hazırlayır və onlardan bəziləri Azərbaycanda da istifadə oluna bilər.

 

K.Gilbert əlavə edib ki, Paris sazişi çərçivəsində Azərbaycan 2030-cu ilədək parnik qazı tullantılarını 35 faiz azaltmaq niyyətindədir və BP şirkəti ölkədə enerjinin transformasiyası məsələsində dəstək göstərməyə hazırdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!