Brüssel görüşündən sonra rəsmi Moskvadan İrəvana müraciət

SİYASƏT

05 Aprel 2024 23:00

Oxunma sayi: 148
Brüssel görüşündən sonra rəsmi Moskvadan İrəvana müraciət

Rusiya Federasiyası Ermənistan-ABŞ-Aİ görüşünü Qafqazı qarşıdurmaya sürükləmək cəhdi kimi qiymətləndirir.

Azmedia.Az xəbər verir ki, u barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.

Moskva İrəvanı Qərbin özünü aldatmasına və Ermənistanı yanlış yola salmasına imkan verməməyə çağırır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşlə bağlı bəyanatında deyilir.

"Biz İrəvan rəhbərliyini Qərbin özünü aldatmasına və ölkəni təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq", - deyə departament tərəfindən açıqlamada bildirilib.

Bəyanatda həmçinin deyilir ki, Rusiya Ermənistan-ABŞ-Aİ görüşünü Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün növbəti cəhdir. Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə dağıdıcı müdaxiləsi ən mənfi nəticələrlə nəticələnə bilər.

Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün alətə çevirmək istəyir.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Vaşinqton və Brüssel İrəvanın KTMT və Aİİ-dən çıxmasını, Rusiya hərbi bazasının və sərhəd mühafizəsinin çıxarılmasını istəyir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!