Bu gün Azərbaycanın qrup komandası Bakıda bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə qatılır

İDMAN

21 Sentyabr 2019 10:15

Oxunma sayi: 320
Bu gün Azərbaycanın qrup komandası Bakıda bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə qatılır

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının altıncı günü start götürəcək.

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bu gün qrup yarışlarında - 5 top, 3 halqa və 2 cüt gürzlərlə yarışlar keçiriləcək. Nəticələr üzrə finala çıxan komandalar və çoxnövçülükdə qaliblər müəyyənləşəcək.

Eləcə də 5 komanda Olimpiya Oyunları-2020 üçün lisenziyalar qazanacaq.

Yarışlar saat 14:30-da başlayacaq və Azərbaycanı Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümbətova və Darya Sorokina təmsil edəcəklər.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!