Bu gün ilk ərəb kosmonavt səmaya uçacaq

DÜNYA

25 Sentyabr 2019 16:32

Oxunma sayi: 297
Bu gün ilk ərəb kosmonavt səmaya uçacaq

Bu gün ilk ərəb kosmonavt Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş həyata keçirəcək.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı Hazza əl-Mənsuri BKS-də səkkiz gün keçirəcək.

 

Sentyabrın 29-da isə stansiyada çalışan digər kosmonavtlar üçün ərəb mətbəxindən ziyafət veriləcək.

 

Qeyd edək ki, H.əl-Mənsurinin olduğu heyət sabah Baykonur kosmodromundan yola düşəcək. Heyətdə rusiyalı Oleq Skripoçka və amerikalı Cessika Meir də yer alacaq.

 

Hazırda BKS-də rusiyalı Aleksey Ovçinin və Aleksandr Skvortsov, amerikalı Nik Heyq, Kristina Kuk və Endrü Morqan, eləcə də italiyalı Luka Parmitano işləyir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!