Bu kollecin direktoru vəzifəsindən AZAD EDİLDİ

ÖLKƏ

01 Aprel 2024 10:52

Oxunma sayi: 1269
Bu kollecin direktoru vəzifəsindən  AZAD EDİLDİ

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev vəzifəsindən azad edilib.

AzmediA.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!