Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO

İKT

02 May 2024 09:30

Oxunma sayi: 324
Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq  - VİDEO

“Google” şirkəti “Android” üçün “Audio Emoji” funksiyasını ehtiva edən xüsusi “Google phone”un yeni versiyasını buraxmağa hazırlaşır.

Bu barədə “9to5Google” portalı xəbər verir.

Bildirilir ki, yenilik istifadəçilərə animasiya emojiləri göndərməyə imkan verəcək.

Məlumata görə, yeni funksiya alqış, gülüş, fişəng, kədər, nağara kimi emojilərə uyğun audiovizual effektlərdən istifadə etməyə imkan verəcək.

Müəlliflərin fikrincə bu, telefon danışıqlarını daha interaktiv edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!