Cəlilabadda 58 yaşlı kişini maşın vurub 

ÖLKƏ

26 Aprel 2024 19:53

Oxunma sayi: 248
Cəlilabadda 58 yaşlı kişini maşın vurub 

Cəlilabad rayonunda piyadanı avtomobil vurub. 

Azmedia.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. 

Belə ki, yolu keçmək istəyən rayon sakini, 1966-ci il təvəllüdlü S. Heydərovu avtomobil vurub. 

O, ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!