Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar

ÖLKƏ

30 Aprel 2024 10:25

Oxunma sayi: 327
Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus səkkiz baş inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuşlar Ramil Sadıqov və qohumu Raul Quliyev saxlanılıblar.

Hazırda onların digər analoji əməllərinin olub-olmadığı araşdırılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!