“Çelsi” “Lester”ə qalib gələrək, İngiltərə Kubokunun yarımfinalına yüksəldi - VİDEO

İDMAN

17 Mart 2024 20:00

Oxunma sayi: 167
“Çelsi” “Lester”ə qalib gələrək, İngiltərə Kubokunun yarımfinalına yüksəldi -  VİDEO

İngiltərə kubokunun 1/4 final matçı “Çelsi” və “Lester” arasında baş tutub.

Azmedia.Az xəbər verir ki, görüş London klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərindən Mark Kukurelya (13-cü dəqiqə), Koul Palmer (45+1-ci dəqiqə), Karni Çukvuemeka (90+2-ci dəqiqə) və Noni Madueke (90+6-cı dəqiqə) fərqləniblər. Qonaqların heyətində isə Stefi Mavididi fərqlənib (62-ci dəqiqə). Paytaxt klubunun müdafiəçisi Aksel Disasi topu öz qapısına göndərib (51-ci dəqiqə).

Qeyd edək ki, 73-cü dəqiqədə Kallum Doyl “Lester”dən qırmızı vərəqə alıb.

Beləliklə, “Çelsi” İngiltərə kubokunun yarımfinalına yüksəlib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!