Cənubi Koreyada 6G şəbəkəsi istifadəyə veriləcək

İKT

21 Fevral 2023 13:39

Oxunma sayi: 695
Cənubi Koreyada 6G şəbəkəsi istifadəyə veriləcək

Cənubi Koreya hakimiyyəti “K-Network 2030” dövlət planında nəzərdə tutulan müddətdən iki il əvvəl - 2028-ci ildə ölkədə altıncı nəsil mobil rabitəni işə salmaq niyyətindədir.

Bu barədə Elm, İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 6G-nin inkişafı və tətbiqi hökumətin Cənubi Koreyanın şəbəkə infrastrukturu üzrə dünya lideri titulunu saxlamaq istəyi ilə əlaqədardır.

Bundan əlavə, 6G-nin tezliklə istifadəyə verilməsi elektron komponentlərin tədarük zəncirlərinin bərpası və innovativ proqram təminatının inkişafı baxımından daha əlverişlidir.

Məlumata görə, hazırda hökumətdə 6G-nin tədqiqi və inkişafına yönəlmiş layihənin texniki-iqtisadi əsaslandırması aparılır. Layihə 481,7 milyon dollar dəyərində qiymətləndirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!