Cəsədi 7 gün sonra tapılan İbrahim - FOTO

ÖLKƏ

28 Aprel 2024 10:25

Oxunma sayi: 271
Cəsədi 7 gün sonra tapılan İbrahim -  FOTO

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan və yeddi gün sonra meyiti tapılan 13 yaşlı İbrahim Əliyevin görüntüləri yayılıb.

Azmedia.Az xəbər verir ki, onun fotosu sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyevin cəsədi bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!