Çexiya Ukraynaya 180 min döyüş sursatı göndərəcək

DÜNYA

16 Aprel 2024 13:17

Oxunma sayi: 143
Çexiya Ukraynaya 180 min döyüş sursatı göndərəcək

Çexiya öz təşəbbüsü çərçivəsində Ukrayna üçün ilk 180 min döyüş sursatı ilə bağlı müqavilə imzalayıb. 

Azmedia.Az xəbər verir ki, bunu baş nazir Petr Fiala "Financial Times" üçün köşə yazısında qeyd edib. 

Döyüş sursatları qarşıdakı aylarda cəbhəyə çatdırılacaq. 

“Danimarka və Niderlandın güclü ilkin dəstəyi və sonradan bizə kömək etmək vədində bizə qoşulan 20-yə yaxın digər ölkə olmasaydı, biz heç vaxt bu qədər ümidverici nəticələr əldə edə bilməzdik”, - o deyib. 

Baş nazir əlavə edib ki, 300 min sursatın tədarükü üçün digər müqavilələr də hazırlanır. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!