Çin Azərbaycanda şin zavodu tikəcək

İQTİSADİYYAT

20 Sentyabr 2019 16:00

Oxunma sayi: 305
Çin Azərbaycanda şin zavodu tikəcək

2020-ci ilin əvvəlindən Azərbaycanda şin zavodunun tikintisi planlaşdırılır.

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, zavodun tikintisini Çinin CNEEC şirkəti həyata keçirəcək:

"Yeni zavodun Sumqayıt kimya-sənaye parkının ərazisində tikilməsi planlaşdırılır. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Sənəd ilin sonunadək hazır olacaq".

Qeyd edək ki, CNEEC tikinti və mühəndislik sahələrində dünyanın ən iri şirkətlərindən hesab olunur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!