Çində magistral yol çöküb: Avtomobillər və sürücülər dağıntılar altında qalıblar - FOTO

DÜNYA

01 May 2024 11:20

Oxunma sayi: 392
Çində magistral yol çöküb:  Avtomobillər və sürücülər dağıntılar altında qalıblar - FOTO

Çinin cənubundakı Quandun əyalətində yüksəksürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 19 nəfər ölüb.

Yerli mətbuatın yazdığına görə, hadisə Quandun əyalətinin Meyçjou şəhərində baş verib.

Qeyd olunur ki, hadisə nəticəsində 30 nəfər yaralanıb. 

Bildirilib ki, dağıntıların təmizlənməsi davam edir, hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

 

Mənbə: Xinhua

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!