Daha 2 il “Qarabağ“da forma geyinəcək - SON DƏQİQƏ

İDMAN

07 Aprel 2024 14:22

Oxunma sayi: 607
Daha 2 il “Qarabağ“da forma geyinəcək  - SON DƏQİQƏ

Abdullah Zubir qarşıdakı 2 ili Azərbaycanda keçirəcək.

2018-ci ildən ölkəmizdə legioner həyatı yaşayan fransalı vinger karyerasının növbəti bölümünü də «Qarabağ»a aid etməyi lazım bilib.

Azmedia.Az sportinfo.az-a istinadən xəbər verir ki, hazırkı sözləşməsi iyunda başa çatacaq 33 yaşlı oyunçu klubun irəli sürdüyü yeni şərtlərlə razılaşıb. Bunun əsasında onun əməkhaqqısının bir qədər də artırılması qərara alınıb. 

Zubir «Qarabağ»a «Lans»dan gəlib. Daha öncə Şotlandiyada «Hibernian» və Rumıniyada «Petrolul»un formasını geyinib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!