Daha bir braziliyalı futbolçu həbs edildi - 9 İL

İDMAN

21 Mart 2024 10:52

Oxunma sayi: 598
Daha bir braziliyalı futbolçu həbs edildi  - 9 İL

Braziliya millisinin sabiq hücumçusu Robinyo qrup şəklində zorlamada təqsirli bilinib.

Azmedia.Az Offsideplus.az-a istinadən xəbər verir ki, keçmiş futbolçu əsl cəzası alıb. İtaliya məhkəməsi bu işdə Robinyonu təqsirli bilib və 40 yaşlı braziliyalını 9 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, cinayət 2013-cü ildə Robinyonun "Milan"da çıxış etdiyi vaxt baş verib. 

Robinyo Avropada “Mançester Siti”, “Real Madrid” və “Milan”da çıxış edib. Kral klubunun üzvü kimi o, iki dəfə İspaniya çempionu olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!