Daha bir ölkədə məmurlara “TikTok” qadağası

İKT

19 Mart 2023 01:12

Oxunma sayi: 910
Daha bir ölkədə məmurlara “TikTok” qadağası

Yeni Zelandiya Parlamenti öz deputatlarına xidməti mobil telefonlarda “TikTok”dan istifadə etməyə qadağa qoyub.

Bildirilib ki, martın 31-dən bu tətbiq deputatların telefonlarında əlçatan olmayacaq.

“Biz millət vəkillərinə və işçilərə “TikTok”un bütün xidməti cihazlardan silinəcəyini bildirdik”, - deyə parlament aparatının rəhbəri Rafael Qonzales-Montero bildirib.

O qeyd edib ki, parlamentin hazırkı iş mühitində bu risklər qəbuledilməzdir.

Qonzalez-Montero əlavə edib ki, yalnız peşə vəzifələrini yerinə yetirmək üçün bu tətbiqə ehtiyacı olanlar üçün istisnalar ediləcək.

Qeyd edək ki, ABŞ-də, Kanadada, Belçikada, Britaniyada, Danimarkada da məmurların xidməti telefonlarında “TikTok”dan istifadə qadağan edilib. Bundan başqa Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə təhlükəsizlik səbəbi ilə şəxsi və korporativ telefonlarında bu tətbiqi yasaqlayıb. Aİ-nin digər qurumları olan Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!