Daşınmaz əmlakını sığortalamayanların NƏZƏRİNƏ: Cərimə oluna bilərsiz VİDEO

İQTİSADİYYAT

12 May 2023 13:51

Oxunma sayi: 1893
Daşınmaz əmlakını sığortalamayanların NƏZƏRİNƏ:  Cərimə oluna bilərsiz   VİDEO

“Daşınmaz əmlakını sığortalamayan şəxslər 20 gündən bir cərimə oluna bilərlər”.

Məlumata görə, bunu əmlak eksperti Ramil Osmanlı bildirib.

O qeyd edib ki, əmlakın sığortalanması prosesini sadələşdirmək üçün nəzərdə tutulan sistem bu ilin sonunadək işə düşəcək. Bu sistem vasitəsilə hər hansı əmlakın sığortalanıb - sığortalanmamasını müəyyən etmək mümkün olacaq ki, bu da sığortadan yayınanların cərimələnməsi prosedurunu asanlaşdıracaq. 

Ekspert əlavə edib ki, sığortalanmış hər hansı daşınmaz əmlaka zərər dəydikdə, əmlak sahibinə 25 min manatadək pul verilə bilər:

“Təqribi hesablamalara görə, Azərbaycanda sığortalana bilən 1 milyondan artıq ev var”. 

Daha ətraflı süjetdə:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!