“Dəfn pulu“ hamıya verilməlidir? - VİDEO

ÖLKƏ

09 May 2024 14:48

Oxunma sayi: 264
“Dəfn pulu“ hamıya verilməlidir? -  VİDEO

İstənilən Azərbaycan vətəndaşı işləyib işləməməsindən asılı olmayaraq dəfn pulu almalıdır. Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, insanlara 300-400 manat olsa belə dəfn pulu verilməlidir.

Bəs sakinlər dəfn pulundan xəbərdardır? 

Azmedia.Az xəbər verir ki, mövzu ilə bağlı "Apa TV" sorğu keçirib. Sakinlərin cavablarına görə bəziləri bu puldan xəbərdardır. Lakin onların bir qismi bu pul haqqında məlumatları olmadıqlarını və vermədiklərini deyib. Vətəndaşların sözlərinə görə, imkanı olmayan şəxslərə bu dəfn pulu verilməlidir.

Bu məsələ qanunvericiliklə necə tənzimlənir. Dəfn pulu nə qədərdir və kimlərə verilir?

"Əmək pensiyaçılarına, sosial müavinət və sığorta alanlara bu pul verilir. Əgər dövlət qulluqçuları ömürlük pensiya alırsa, 18 yaşına çatmayan şəxslər pensiya alırsa bu şəxslər dəfn pulu ala bilər".

Ətraflı "Apa TV"nin süjetində:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!