Deputat: “Pensiyalar sürətlə arta bilər”

İQTİSADİYYAT

12 İyun 2023 21:12

Oxunma sayi: 1934
Deputat:  “Pensiyalar sürətlə arta bilər”

“Bu gün əksər inkişaf etmiş ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

“Dünya təcrübəsində görür ki, vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edir. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl pensiya fondundan pensiya ala bilsin. Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur. Əgər özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fondu da ödədiyi ödənişlər nəticəsində əlavə olaraq 300 manat almaq imkanı qazanacaq”,- deyə o əlavə edib.

V.Bayramov həmçinin bildirib ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir.

“Çünki adətən pensiya fondunda vəsaitlər manatla yığılır və onun idarə edilməsi həyata keçirilir. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Hətta biz təklif edirik ki, özəl pensiya fondlarının yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyası həyata keçirilsin, valyuta riskləri sığortalansın. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsinə ehtiyac var”,- deyə o əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!