Dərman atmadan təzyiqi necə azaltmaq olar?

SAĞLAMLIQ

15 İyun 2023 14:24

Oxunma sayi: 700
Dərman atmadan təzyiqi necə azaltmaq olar?

Mütəxəssislər dərman atmadan təzyiqi azaltmağın yollarını açıqlayıb. 

Azmedia.Az  "Böyük Britaniya Milli Səhiyyə Xidməti"nə istinadən xəbər verir ki, yüngül idman, üzgüçülük və ya təmiz havada gəzinti sağlamlığı bərpa etməyə və qan təzyiqini normallaşdırmağa kömək edə bilər.

Hipertoniya insult, infarkt, periferik arterial ateroskleroz, ürək çatışmazlığı və damar deması riskini artırır və buna görə də yüksək qan təzyiqi mümkün qədər tez nəzarət altına alınmalıdır.

Hipertoniya (yüksək qan təzyiqi) dedikdə, mütəxəssislər qan damarlarında normadan yüksək olan təzyiqi (140/90 mmHg və ya daha yüksək) nəzərdə tuturlar. Hipertoniya müasir dünyada geniş yayılıb və qrafikin olmaması, düzgün olmayan qidalanma, stress və s. ilə əlaqələndirilir. Amma o müalicə olunmazsa, ciddi nəticələrə səbəb ola bilər.

Qan təzyiqinə nəzarət etmək üçün həkimlər gündə təxminən 30 dəqiqə idman etməyi məsləhət görürlər. Kardiologiya üzrə mütəxəssislər dörd sadə fiziki məşqin ən çox kömək edə biləcəyinə inanırlar. Gəzinti, qaçış, velosiped sürmə və üzgüçülük onların təklif etdiyi əsas alternativlərdir.

Mütəxəssislər həmçinin yemək vərdişlərini dəyişməyi məsləhət görürlər. Duz, kofein və alkoqol qəbulunu azaltmaq, siqaretdən imtina etmək və arıqlamaq kimi şeylərə də fikir vermək lazım olduğu açıqlanıb. 

Bundan əlavə, hərtərəfli müayinədən keçməyə və şəxsən sizin üçün fərdi tövsiyələr verəcək mütəxəssislərlə danışmağa dəyər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!