Dietoloq istilərdə qazlı içkilərin zərərlərindən danışdı

SAĞLAMLIQ

20 İyun 2023 11:09

Oxunma sayi: 555
Dietoloq istilərdə qazlı içkilərin zərərlərindən danışdı

Dietoloq-məsləhətçi, "Sağlam Qidalanma" ANO Araşdırma Mərkəzinin direktor müavini Aleksey Kabanov "SE"yə müsahibəsində niyə istidə qazlı içkilərin içilməsini dayandırmağın lazım olduğunu söyləyib.

Onun sözlərinə görə, istənilən qazlı içkidə şirin sodanın həddindən artıq istehlakı 2-ci tip şəkərli diabetə səbəb ola bilər. Digər şeylər arasında qazlı içkilərin istifadəsi böyrək və ürək xəstəliklərinə, piylənməyə, diş çürüməsinə və alkoqolsuz qaraciyər xəstəliklərinə səbəb olur.
“Bir şüşə şəkərli içkinin tərkibində təxminən 30 qram əlavə şəkər ola bilər. Bu, təxminən səkkiz çay qaşığıdı şəkər deməkdir

Gündə bir-iki dəfə belə içkiyə “əlavə etsəniz” nə qədər əlavə şəkər yeyə biləcəyinizi düşünün”, –deyə Kabanov əlavə edib.

O, aydınlaşdırıb ki, istidə şirin soda yalnız susuzluğu artırır. Adi qazsız su içmək daha yaxşıdır.

Mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!