Diri-diri yanan heyvanlar, külə dönən evlər: Texasdan qorxunc görüntülər - FOTO/VİDEO

DÜNYA

29 Fevral 2024 14:15

Oxunma sayi: 168
Diri-diri yanan heyvanlar, külə dönən evlər: Texasdan qorxunc görüntülər -  FOTO/VİDEO

ABŞ-nin Texas ştatında bazar ertəsindən başlayan meşə yanğınları davam edir. Sosial şəbəkələrdə təbii fəlakətlə bağlı dəhşətli görüntülər yayılıb.

Bildirilir ki, meşə yanğınlarından birinin sahəsi hətta 3,4 min kvadrat kilometrə qədər artıb. Ümumilikdə beş yanğın hadisəsi qeydə alınıb. Bazar ertəsindən bəri yanan ərazinin ümumi sahəsi təxminən 3,9 min kv.km təşkil edib.

Bu, ştat tarixində ikinci ən böyük yanğın hesab olunur.

Son məlumatlara görə, fəlakət nəticəsində bir nəfər həlak olub, onlarla heyvan diri-diri yanıb. Belə ki, sakinlər sürətlə yayılan yanğına görə özləri qaçıblar, tövlələrdə, fermalarda qalan heyvanlar isə əzab içində ölüblər.

Yerli mediadan bildirilib ki, yanğın qonşu Oklahoma ştatına (ABŞ) da keçib.

 

Mənbə: RT

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!