Dolu və tornado: Çində təbii fəlakət can aldı - VİDEO

MARAQLI

29 Aprel 2024 10:23

Oxunma sayi: 352
Dolu və tornado:  Çində təbii fəlakət can aldı - VİDEO

Çində iri dolu yağıb.

13,8 milyon əhalisi olan Quançjou şəhərində 140-dan çox sənaye obyektinə ziyan dəyib. Binaların şüşələri, vitrinləri sınıb, avtomobillər yararsız hala düşüb.

Şəhərdə küləyin sürəti 20 metr/saniyəyə çatıb, küçələrdə onlarla ağac aşıb.

Həmçinin bildirilib ki, doludan əvvəl güclü tornado baş verib, nəticədə beş nəfər həlak olub, daha 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mənbə: naked-science.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!