Dueyn Conson UFC çempionu rolu üçün məşqini göstərdi - FOTO/VİDEO

İDMAN

09 May 2024 17:39

Oxunma sayi: 392
Dueyn Conson UFC çempionu rolu üçün məşqini göstərdi  - FOTO/VİDEO

Hollivud aktyoru və keçmiş peşəkar güləşçi Dueyn Conson “Smashing Machine” filmi üçün məşqini nümayiş etdirib.

Məlumata görə, bununla bağlı görüntülər onun “Instagram” hesabında dərc olunub.

Ulduz bu kadrların “Smashing Machine” filmi üçün təlim düşərgəsindən olduğunu vurğulayıb.

“Bu filmdə ağır çəkidə ikiqat UFC çempionu Mark Kerri canlandıracağam. Hər gün öyrənirəm və işləyirəm. Böyüdüyüm üçün minnətdaram”, - deyə Conson yazıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!