Dünya Bankı Azərbaycanda məcburi köçkünlər üçün qrant ayırdı

İQTİSADİYYAT

03 İyun 2023 03:17

Oxunma sayi: 599
Dünya Bankı Azərbaycanda məcburi köçkünlər üçün qrant ayırdı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) ilə Dünya Bankı arasında Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması Layihəsinin maliyyələşdirilməsi ilə bağlı qrant Sazişi imzalanıb.

Azmedia.Az Dünya Bankına istinadla məlumat verir ki, qrantın dəyəri 2 milyon ABŞ dolları dəyərindədir.

Üçillik layihə Bankın idarəsində olan Sülh Quruculuğu Fondu tərəfindən maliyyələşdiriləcək.

Qrant məcburi köçkünlərə 3 istiqamət üzrə ayrılıb: Xüsusi bacarıqlara yiyələnməyə kömək üçün peşə hazırlığı və təlimi; layihədə iştirak edən məcburi köçkünlərin şəxsi bizneslərini daha yaxşı idarə etmələrinə yardım üçün onların maliyyə savadlılığını, maliyyə menecmenti və yaxşı biznes təcrübəsini artırmaqla bağlı təlimlər; məcburi köçkünlərin öz icmalarında fəallığına kömək etmək üçün vətəndaş iştirakı və sosial bilik üzrə bacarıqlarının artırılması.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!