Dünyada ən güclü pasporta sahib altı ölkənin adı açıqlandı

MARAQLI

10 Yanvar 2024 21:50

Oxunma sayi: 48
Dünyada ən güclü pasporta sahib altı ölkənin adı açıqlandı

Dünyada ən güclü pasportla sahib olan altı ölkənin adı açıqlanıb ki, bunlar Fransa, Almaniya, İtaliya, Yaponiya, Sinqapur və İspaniyadır.

Azmedia.Az xəbər verir ki, bu barədə “Henley & Partners” beynəlxalq konsaltinq şirkəti məlumat verib.

Bu ölkələrin sakinləri təhlil edilən 227 ölkə və bölgədən 194-nə vizasız giriş imkanına malikdir. İkinci yerdə 193 istiqamətdə vizasız giriş imkanı olan Finlandiya, Cənubi Koreya və İsveç qərarlaşıb.

Ən güclü pasporta malik ölkələrin ilk üçlüyünə həmçinin Avstriya, Danimarka, İrlandiya və Niderland da daxil edilib.

Mənbə: RİA Novosti

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!