Dünyanın ən varlı adamı bitkoinlə bağlı proqnoz verdi – FOTO

İKT

15 Noyabr 2022 10:21

Oxunma sayi: 506
Dünyanın ən varlı adamı bitkoinlə bağlı proqnoz verdi  – FOTO

Amerikalı sahibkar, “Tesla” və “SpaceX”in sahibi İlon Mask dünyada ilk rəqəmsal valyutanın “sağ qalacağı”, lakin bitkoin üçün uzun bir “kripto qış” olacağını proqnozlaşdırıb.

İş adamı ABŞ investoru Ceyson Kalakanisin ilk kriptovalyutanın perspektivləri ilə bağlı sualını belə cavablandırıb.

Qeyd edək ki, hazırda milyarder Mask “Forbes”in reytinqinə görə 195,4 milyard dollarlıq sərvətə sahibdir.

Bitkoinin dəyəri isə hazırda 16 500 dollar civarındadır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!