Əfqanıstanda güclü partlayış: 7 ÖLÜ, 85 YARALI

DÜNYA

19 Sentyabr 2019 12:06

Oxunma sayi: 301
Əfqanıstanda güclü partlayış:     7 ÖLÜ, 85 YARALI

Əfqanıstanın Zabul əyalətində güclü partlayış baş verib.

Azmedia.az Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 7 nəfər həlak olub, 85 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, Milli Təhlükəsizlik Təşkilatının binası yaxınlığında avtomobilə qoyulmuş partlayıcı qurğu işə düşüb.

Partlayıcı qurğunun kimin tərəfindən yerləşdirildiyi barədə məlumat verilmir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!