Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: “Aprelin 4-dək...”

ÖLKƏ

01 Aprel 2024 17:43

Oxunma sayi: 744
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ:  “Aprelin 4-dək...”

Son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib.

AzmediA.az xəbər verir ki, bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Qeyd olunub ki, hesabat dövrü ərzində Yerə istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb.

“Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 50 ləkə, həmçinin böyük ekvatorial tac dəliyi qeyd olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 909 km/san-dək artıb. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 909 kilometr/saniyəyədək artıb”.

Rəsədxananın məlumatına görə, hazırda Günəş küləyinin sürəti 490 kilometr/saniyə, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.7 nT, radial istiqamətdə isə -0.6 nT təşkil edir:

“Kp indeksi 3.3-ə bərabərdir və geomaqnit sahəsi qeyri-stabildir. Proqnoz günlərində (1-7 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faizdir. Günəş küləyinin sürətinin yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə artacağı gözlənilir. Yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə geomaqnit sahəsinin aprelin 4-dək qeyri-stabil və aktiv səviyyələrdə, sonra isə sakit olacağı proqnozlaşdırılır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!