Eldarın istefası tələb olunur

ŞOU BİZNES

08 May 2024 11:20

Oxunma sayi: 439
Eldarın istefası tələb olunur

Ötən gün Azərbaycan təmsilçilərinin “Avroviziya”da finala keçməməyi birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri və müsabiqənin fanatları Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımovdan istefa verməyini tələb ediblər.

X-in Azərbaycan seqmentində, həmçinin Eldarın instaqramdakı sonuncu postunun altında bu barədə onlarla şərh yazılıb. Bildirilib ki, Qasımov iki ildir deleqasiyaya rəhbərlik edir və bu müddət ərzində biz finala keçə bilməmişik. Şərhlərin çoxunda #Eldaristefa həşteqi yer alıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!