Ərdoğan: “İslam dünyası birlik üçün səylərini artırmalıdır”

SİYASƏT

16 Aprel 2024 02:00

Oxunma sayi: 149
Ərdoğan: “İslam dünyası birlik üçün səylərini artırmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığı aparıb.

Söhbət zamanı qlobal və regional problemlər, Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.

Ərdoğan bildirib ki, İslam dünyasının birlik içində səylərini artırması vacibdir.

Türkiyə liderinin sözlərinə görə, bölgədə gərginliyin yayılmasının qarşısını almaq üçün Qəzzadakı müharibə dərhal dayandırılmalıdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!