Erməni generalın oğlunu əsir götürən əfsanəvi kəşfiyyatçımız - VİDEO

ÖLKƏ

06 Aprel 2024 15:36

Oxunma sayi: 387
Erməni generalın oğlunu əsir götürən əfsanəvi kəşfiyyatçımız -  VİDEO

Murov qəhrəmanı əfsanəvi kəşfiyyatçı Aprel döyüşlərinin qəhrəmanı Raquf Orucovun şəhadətindən 8 il ötür.

Döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər:

“Həmişə Ağdama baxıb deyərdi ki, Ali Baş Komandan əmr versə, torpaqlarımızı canımız bahasına olsa da, düşmən tapdağından azad edərdik”.

O, Ağdamda dünyaya göz açıb. 1990-cı ildə sovet ordusundan imtina edib, Milli Orduya qoşulub.

Birinci Qarabağ müharibəsində Xocalıda Fərrux dağı və Aranzəmin kəndində gedən döyüşlərdə qəhrəmanlıq göstərib və erməni generalın oğlunu əsir götürməklə yaddaşlarda qalıb.

1993-cü il iyunun 12-də kəndinin işğal edilməsi və anasının həlak olması onun gələcək həyatını müəyyənləşdirir. Ali hərbi təhsil alır. Peşəkar kəşfiyyatçı olur.

O çox məsuliyyətli və diqqətli adam idi. Əsgəri ilə kəşfiyyata gedək tək komandir idi. Düşmən generalının oğlunu əsir götürüb. 26 il Vətənin keşiyində dayanıb.

Ətraflı “AzTV Xəbər”in süjetində:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!