Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO

DÜNYA

02 May 2024 17:24

Oxunma sayi: 521
Erməni KİV-də xəritə yayıldı:  Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO

Ermənistanın Tavuş rayonunun Kirants (Günən - red.) kəndi istiqamətində sərhəd xəttinin haradan keçəcəyinə dair xəritə yayılıb.

Məlumata görə, Ermənistan Parlamentinin deputatı Qarnik Danielyan xəritədə Kirantsdakı sərhədin razılaşdırılmış koordinatlara uyğun olaraq dəqiq harada olacağını göstərib.

Qeyd edək ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Kirantsda delimitasiya olunan 11 nöqtənin mövcudluğunu bildirmişdi.

 

Mənbə: Sputnik Ermənistan

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!