Ermənistan Azərbaycanın “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdi

SİYASƏT

08 Aprel 2024 21:16

Oxunma sayi: 226
Ermənistan Azərbaycanın “Sülh müqaviləsi” layihəsi ilə bağlı  son təkliflərinə cavab verdi

Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib.

Azmedia.Az "Aysor"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

O, söyləyib ki, söhbət "Sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantından gedir.

Qeyd edək ki, bu il fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını açıqlamışdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!