Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var

DÜNYA

02 May 2024 11:46

Oxunma sayi: 576
Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib:  Çox sayda saxlanılan var

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar.

Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb.

Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar.

Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsinə aparılıb.

Onların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib.

Qeyd olunur ki, hazırda Kirantsa bütün giriş-çıxış bağlanıb.

Mənbə: Sputnik Ermənistan

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!