Ermənistanda Müdafiə Nazirliyinin keçmiş binası partladıldı - FOTO/VİDEO

DÜNYA

17 Aprel 2024 12:45

Oxunma sayi: 299
Ermənistanda Müdafiə Nazirliyinin keçmiş binası partladıldı -  FOTO/VİDEO

İrəvanda Müdafiə Nazirliyinin son illərdə Dövlət Gəlirləri Komitəsinin balansında olan keçmiş binası partladılıb.

Məlumata görə, onun yerində Dövlət Gəlirləri Komitəsinin İnzibati binasının tikintisi və Xarici İqtisadi Fəaliyyət Mərkəzinin yaradılması planlaşdırılır.

2022-ci il yayın sonundan etibarən mənzilsiz qalan imkansız ailələr boş qalmış binaya köçməyə başlayıblar. Lakin onların hamısı 2023-cü ilin fevralında çıxarılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!