Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb - FOTO

ÖLKƏ

01 May 2024 19:00

Oxunma sayi: 158
Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb -  FOTO

Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azmedia.Az-a verilən məlumata görə, Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birindən iki ədəd "İphone" markalı mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Abdulla Abdullayev saxlanılıb.

Əlavə araşdırmalarla onun Lənkəran şəhəri ərazisində yerləşən digər bir evdən də "Samsung" markalı mobil telefon oğurladığı müəyyən edilib. 

Araşdırma aparılır.

Tural Ədalətoğlu

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!