“Fənərbağça“ bu cəzanı alacaq, “Qalatasaray“ üçün yeni şans

İDMAN

11 Aprel 2024 10:01

Oxunma sayi: 771
“Fənərbağça“ bu cəzanı alacaq, “Qalatasaray“ üçün  yeni şans

Super Kubokda meydanı tərk edən "Fənərbağça"nı gözləyən cəza bəlli olub.

Azmedia.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" "Qalatasaray"a qarşı oyunda ilk dəqiqələrdə meydanı tərk etdiyi üçün 1 il müddətinə Türkiyə Super Kuboku və Türkiyə Kubokunda mübarizə apara bilməyəcək. Bu halda "Qalatasaray" klubu 2024-25 mövsümü üzrə Super Kubokda oynamağı təmin edib. 

Belə ki, mövsümü ilk 2 yerdən birində başa vuracaq "sarı-qırmızılılar" çempion olmasa belə, ikinci olaraq gələn mövsüm Super Kubok finalında oynayacaq. 

Bu turnirdə liqada çempion olan və Kuboku qazanan komanda oynayır. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!