“Fənərbağça“nın azarkeşi döyən futbolçusuna AĞIR CƏZA

İDMAN

20 Mart 2024 20:41

Oxunma sayi: 2603
“Fənərbağça“nın azarkeşi döyən futbolçusuna  AĞIR CƏZA

Martın 17-də baş tutmuş  "Trabzonspor" - "Fənərbağça" (2:3) oyununda meydana daxil olan azarkeşi döyən Brayt-Osayi Samuelin cəzası bəlli olub. 

Azmedia.Az offsideplus.az-a istinadən xəbər verir ki, Nigeriya mətbuatı milli futbolçunun ağır cəzalandırılacağı barədə xəbər yayıb. Belə ki, 26 yaşlı oyunçunun 5-10 matç arası yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Həmin oyundan sonra əlində künc bayrağı ilə "Fənərbağça" azarkeşlərinə hücum edən "Trabzonspor" azarkeşi Samuel tərəfindən döyülmüşdü. Azarkeşin əlində bıçağın olduğu da qeyd olunur.

Qeyd edək ki, "Trabzonspor" - "Fənərbağça" oyununda polis tərəfindən saxlanılan 13 azarkeşdən 5-i barədə həbs qətimkan tədbiri seçilib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!