Fermer: “Soğanı aşağı qiymətə satmaqdansa, satmamaq yaxşıdır” - VİDEO

ÖLKƏ

02 May 2024 10:59

Oxunma sayi: 534
Fermer:  “Soğanı aşağı qiymətə satmaqdansa, satmamaq yaxşıdır” - VİDEO

Bərdədə payızlıq soğanın yığımına başlanılıb. Bu il əkin sahələri ötən il ilə müqayisədə təxminən eyni olsa da, qiymətlər xeyli aşağıdır.

Belə ki, keçən il ilkin yığım vaxtı bir kiloqram soğanın qiyməti 50 qəpik civarında idisə, indi bu rəqəm 20-25 qəpik arasında dəyişir. Soğanın qiymətindən narazı olan kənd sakinləri alıcı qüvvəsinin də çox aşağı olduğunu bildiriblər.

“Bu il üç hektar soğan əkmişəm. Üç hektara 15 minə yaxın xərcim çıxıb. Hazırda soğanın kisəsi altı manatdır, bu qiymətə məhsulu yığmasaq, daha yaxşıdır”, - kənd sakini deyib. 

Daha ətraflı Baku TV-nin süjetində:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!