Fərqli ölkələrdə yaşayan iki bacı eyni gündə öldü FOTO

MARAQLI

18 Sentyabr 2019 15:35

Oxunma sayi: 310
Fərqli ölkələrdə yaşayan iki bacı eyni gündə öldü   FOTO

Fərqli ölkələrdə yaşayan iki bacı eyni gündə ölüb.

Azmedia.az Milli.Az-a istinadla xəbər verir ki, əvvəlcə Almaniyada yaşayan Jacqueline Williams beyninə qan sızması nəticəsində dünyasını dəyişib. Onun Britaniyada yaşayan bacısı Amanda Williams isə ölüm xəbərini aldıqdan sonra Almaniyaya getməyə hazırlaşarkən küçədə keçinib.

Qızlarının ölüm xəbərini alan Jean Carvell şoka düşüb. Mətbuata açıqlama verən qadın özünü ağır çəkic zərbəsi almış taxta parçası kimi təsvir edib.

"Almaniyada yaşayan qızımın ağır vəziyyətdə xəstəxanada yatması barədə xəbəri eşidəndə çox qorxduq. Amanda bacısının yanına getmək istəyəndə özü ürək tutmasından öldü", - qadın söyləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!