“Ferrari”nin İT sistemləri haker hücumuna uğrayıb

İKT

22 Mart 2023 09:05

Oxunma sayi: 817
“Ferrari”nin İT sistemləri haker hücumuna uğrayıb

İtaliyanın “Ferrari” avtomobilqayırma konserninin informasiya sistemləri sındırılıb, hakerlər fidyə tələb ediblər.

Azmedia.Az  “La Repubblica” qəzetinə istinadən xəbər verir ki, diversiya şirkətin fəaliyyətinə heç bir təsir göstərməyib.

Konsern heç bir fidyə ödənişini qəbul etməyəcəyini bildirib, “çünki bu cür tələblərlə razılaşmaq cinayət fəaliyyətini maliyyələşdirəcək və təhdid iştirakçılarına hücumlarını davam etdirməyə imkan verəcək”.

“Biz dərhal dünyanın aparıcı kibertəhlükəsizlik şirkəti ilə əməkdaşlıq çərçivəsində incələməyə başladıq. Biz səlahiyyətli orqanlara məlumat vermişik və əminik ki, onlar incələmə aparmaq üçün əllərindən gələni edəcəklər”, - “Ferrari”nin açıqlamasında qeyd olunub.

Qrupun rəhbərliyi müştərilərə “verilənlərin itirilməsi riski və baş verənin xarakteri haqqında” bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!