Gecə saatlarında avtomobilin şüşəsini sındıraraq pul kisəsini oğurladılar - ANBAAN VİDEO

ÖLKƏ

28 Fevral 2024 10:56

Oxunma sayi: 533
Gecə saatlarında avtomobilin şüşəsini sındıraraq pul kisəsini oğurladılar -  ANBAAN VİDEO

Sumqayıtda avtomobildən pul kisəsi oğurlanıb.

Azmedia.Az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə fevralın 27-si gecə saat 3 radələrində, şəhərin Kotec qəsəbəsi adlanan ərazisində, ev 26 ünvanında qeydə alınıb. 

Bu zaman naməlum şəxs avtomobilin ön şüşəsini qıraraq içəridə olan pul kisəsini götürüb və oradan uzaqlaşıb. Baş verənlər ərazidəki təhlükəsizlik kamerasına anbaan əks olunub.

Zərərçəkmişin sözlərinə görə, pul kisəsində 1500 manat pul olub.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə məlumat verilib.

Oğurluq anının görüntülərini təqdim edirik. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!