Gəncədə keçmiş prokurorun oğlu evdə yanaraq öldü (YENİLƏNİB)

ÖLKƏ

13 Aprel 2024 13:51

Oxunma sayi: 724
Gəncədə keçmiş prokurorun oğlu evdə yanaraq öldü (YENİLƏNİB)

Gəncədə evdə baş verən yanğında ölən 1966-cı il təvəllüdlü Kamil Quliyev Daşkəsən rayonunun keçmiş prokuroru mərhum Nəbi Quliyevin oğludur.

Azmedia.Az Report-a istinadən xəbər verir ki, Qərb bürosunun məlumatına görə, Kamil Quliyev evdə tək yaşayırmış və səhhətində problemlər olub.

Quliyevlər əslən Kəlbəcər rayonundandırlar.

Qeyd edək ki, Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!