Gəncədə zəncirvari qəza olub - FOTO

ÖLKƏ

27 Mart 2024 00:31

Oxunma sayi: 166
Gəncədə zəncirvari qəza olub -  FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Dönmə əməliyyatı yerinə yetirən QAZ-3110 markalı minik maşınına “Mercedes-Benz” markalı avtomobil arxadan çırpılıb.

Bu zaman idarəetmədən çıxan QAZ-3110 əks yolda hərəkət edən VAZ-2107-yə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Sürücülərin sözlərinə görə, qəzaya səbəb olan “Mercedes-Benz”in sürücüsü hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!