“Google”da “Baby Yoda” sürprizi: Axtarış edənlərin nəticələrini parçalayıb atır FOTO

İKT

07 Mart 2023 14:43

Oxunma sayi: 993
“Google”da “Baby Yoda” sürprizi:  Axtarış edənlərin nəticələrini parçalayıb atır   FOTO

“Google”da axtarış edənlər böyük sürprizlə qarşılaşıblar.

Sürprizlər etməyi sevən “Google” öz istifadəçiləri üçün “The Mandalorian” serialının üçüncü sezonu şərəfinə “Baby Yoda” animasiyasını hazırlayıb.

Belə ki, masaüstü kompüterinizdə, Android və ya iOS telefonunuzda axtarış edərkən əylənə bilərsiniz.

Bunun üçün sadəcə “Google”da “The Mandalorian” və ya “Grogu” yazmaq lazımdır. Bu halda “Baby Yoda” qarşınıza çıxır. Etməli olduğunuz tək şey isə axtarış nəticələrində sağda görünən “Baby Yoda”ya toxunmaq və ya üzərinə klikləməkdir. Bu zaman “Baby Yoda” dərhal öz gücünü göstərir və etdiyiniz axtarışın nəticələrini parçalayıb atır.

     
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!