Goranboyda usta faciəvi şəkildə öldü

ÖLKƏ

15 Aprel 2024 21:13

Oxunma sayi: 144
Goranboyda usta  faciəvi şəkildə öldü

Goranboyda maşın təmiri sexində çalışan usta ehtiyatsızlıq nəticəsində ölüb.

Azmedia.Az-ın məlumatına görə hadisə Xanqərvənd kəndindəki maşın təmiri sexlərindən birində baş verib. Orada usta kimi çalışan 1974-cü il təvəllüdlü kənd sakini Məhərrəmov Tahir Eyyub oğlu ehtiyatsızlıq nəticəsində sürüşərək sexin təmir quyusuna düşərək ölüb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!