Gürcüstan yenidən Ermənistanla Azərbaycana vasitəçilik təklif etdi

SİYASƏT

04 Sentyabr 2024 13:14

Oxunma sayi: 456
Gürcüstan yenidən Ermənistanla Azərbaycana vasitəçilik təklif etdi

Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Nikoloz Samxaradze Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bildirib ki, Tbilisi Avropa İttifaqına inteqrasiya təcrübəsini İrəvanla bölüşməyə hazırdır.

Azmedia.Az xəbər verir ki, bu barədə Gürcüstanın qanunverici orqanının mətbuat xidməti məlumat yayıb. 

“Nikoloz Samxaradze bir daha qeyd edib ki, gürcü tərəfi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə və Avropa İttifaqına inteqrasiya təcrübəsini bölüşməklə Ermənistana kömək etməyə hazırdır”, - bəyanatda deyilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!