Haiti parlamentinin deputatı aksiya iştirakçılarına atəş açdı, jurnalist yaralandı

DÜNYA

25 Sentyabr 2019 06:45

Oxunma sayi: 311
Haiti parlamentinin deputatı aksiya iştirakçılarına atəş açdı, jurnalist yaralandı

Haiti parlamentinin deputatı Jean Marie Ralph Fethiere ölkədə hökm sürən aclıq və yoxsulluğa etiraz olaraq keçirilən aksiya iştirakçılarına atəş açıb.

 

Azmedia.Az ölkə.az-a istinadən xəbər verir ki, ağ rəngli "Pikap"la aksiya iştirakçılarının arasına girən deputat, maşından düşərək silahını çəkərək atəşə açıb.

 

Atəş nəticəsində bir nəfər yaralanıb. Yaralanan şəxs jurnalist, AFP-nin əməkdaşı olub. Aksiya  iştirakçıları onun videosunu çəkərək sosial mediada paylaşıb və bu ciddi reaksiyaya səbəb olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!